Göyçayda qızı ilə dalaşan qadın özünü yandıraraq öldürüb

Göyçayda qızı ilə dalaşan qadın özünü yandıraraq öldürüb

Göyçay rayonunda intihar hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Çərəkə kəndində qeydə alınıb.

Kənd sakini, 1964-cü il təvəllüdlü Qədirova Raya Zülfüqar qızı ailə münaqişəsi zamanı zəminində qızı, 1992-ci il təvəllüdlü Elgül Qədirova ilə aralarında baş verən dava zamanı öz üzərinə benzin tökərək bədəninə od vurub. Qadın ağır yanıq xəsarətləri aldığı üçün Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, iki uşaq anası Elgül Qədirova rayonun Xəlitli kəndinə gəlin köçüb və bu günlərdə həyat yoldaşından boşanacağı barədə anası Raya Qədirovaya məlumat verib. Raya Qədirova qızına boşanmamağı tövsiyə edib və boşanarsa, özünü yandıracağını bildirib. Buna inanmayan Elgül həyat yoldaşından ayrılaraq uşaqları ilə birgə anasının evinə gəldiyi üçün qadın özünə qəsd edib.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1046 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...