Baş redaktorun evini qarət edənin məhkəməsi başlayır - Oğru hələ də azadlıqdadır
Bizimxeber.az saytının baş redaktoru Ədil Hüseynlinin yaşadğı mənzildən oğurluq edən şəxs Orucov Orxan Oqtay oğlunun məhkəməsi başlayır. Baş redaktorun verdiyi məlumata görə, cinayət işinə Xəzər Rayon Məhkəməsində hakim Əkrəm Qəhrəmanovun sədrliyi ilə baxılacaq: "Artıq məhkəmədən mənə elektron bildiriş göndərilib. Məhkəmə 10 sentyabr tarixində saat 12:15-də keçiriləcək".
Baş redaktor bildirib ki, mənzilindən oğurluq edən şəxs qonşusudur və evdə olmadıqlarından istifadə edərək evi qarət edib. Evdən aparılan əşyalar polisin müşayəti altında qaytarılıb: "Əşyalar tapılaraq qaytarıldı. Amma bu o demək deyil ki, cinayətkar əlini qolunu sallayıb cəzasız gəzməlidir. Hesab edirəm ki, məhkəmə istintaqı düzgün aparılmalı, oğurlu hadisəsinin hansı şəraitdə və kimlərin iştirakı ilə həyata keçirildiyi müəyyənləşdirilməli, günahkarlar cəzalandırılmalıdır. O əşyaların evdən çıxaırlması tək adamın gücündə deyil və bu günə kimi yaşadığım evə oğuruların hansı formada, ayın hansı günündə və günlərində, hansı şəraitdə girməsi aydınlaşdırılmayıb. Hesab edirəm ki, bu cinayətdə istintaqdan gizlənən və ya gizlədilən tərəflər var.
Tanınmış jurnalist hesab edir ki, evindən oğurluq edən şəxsin diğər cinayət əməlləri də yoxlanmalıdır: "Hesab edirəm ki, oğru tək olmayıb və nədənsə diğər şəxsin adı istintaqdan kənar saxlanılır. Məhkəmədən xahiş və tələb edirəm ki, məhkəmə istintaqı dəqiqliyi ilə aparılsın və cinayətkar və cinayətkarlar layiqli cəzasını alsın".
Baş redaktor jurnalist həmkarlarından bu məhkəmə prosessinin işıqlandırılmasında ona dəstək vermələrini xahiş edib.
689 dəfə oxundu