Goranboy icra hakimiyyəti ilə 10 manatlıq şirkət arasında yüzminlik müqavilə

Goranboy icra hakimiyyəti ilə 10 manatlıq şirkət arasında yüzminlik müqavilə

Goranboy Rayon İcra Hakimiyyəti “Ərdağı” MMC ilə maliyyə dəyəri 153 787.6 AZN olan müqavilə imzalayıb.

Gundeminfo.az xəbər verir ki, müqaviləyə əsasən şirkət Goranboy rayonunda abadlıq işləri aparmalıdır.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən “Ərdağı” MMC 10 dekabr 1992-ci ildə yaradılıb. Nizamnamə kapitalı 10.6 AZN olan şirkətin hüquqi ünvanı Gəncə şəhərində fəaliyyət göstərən asfalt zavodunda yerləşir. MMC-nin qanuni təmsilçisi isə Məmmədov Nazim Fuad oğludur.

Açıq mənbələrdə Nazim Məmmədov barəsində hər hansı məlumat yoxdur. Ərdağ MMC-yə gəlincə araşdırmalarımız zamanı bəlli olub ki, 10 manatlıq şirkət vaxtaşırı iri məbləğli tenderlərin qalibi olub.

Bu il iyun ayında şirkət Gəncə Şəhər İcra Hakimiyyəti ilə 3 174 710.26 AZN, iyul ayında isə Göygöl Rayon İcra Hakimiyyəti ilə 859 424.6 AZN dəyərində müqavilə imzalayıb.

Bəzi iddialara görə, şirkət Gəncədəki məmurlardan birinə məxsusdur. Nazim Məmmədov isə MMC-nin formal sahibidir.Yenisabah



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
859 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...