Meyvə üstündə dava düşdü: Ata və iki oğlunu güllələyib öldürdülər

Meyvə üstündə dava düşdü: Ata və iki oğlunu güllələyib öldürdülər


Türkiyənin Ərzurum vilayətində bağdan meyvə yığmaq üstündə düşən dava bir ailənin üç üzvünün ölümü ilə nəticələnib.

“HaberGlobal” məlumat verir ki, Karayazı rayonunda bağdan alça dərən Kaya və Özmen ailələrinin uşaqları arasında dava düşüb.

Ailələrin də münaqişəyə qarışmaları ölümə səbəb olub.

Belə ki, odlu silahdan istifadə olunan davada 51 yaşlı Reşit Kaya, oğulları - 22 yaşlı Sezgin Kaya və 16 yaşlı Salman Kaya həyatını itirib.

Ramazan Özmen adlı şəxs isə yaralanaraq xəstəxanaya aparılıb.

Hadisə ilə bağlı yeddi nəfər nəzarətə götürülüb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
773 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...