Rezonans doğuran qərara imza atan hakim danışdı: “Qanuni hökm çıxarmışam” - LERİK İŞİ
Bu yaxınlarda sosial şəbəkələrdə Lerik məhkəməsinin hakimi Atabəy Kiçikbəyovun, 15 yaşlı qıza təcavüz etməsinə görə, 60 yaşlı Səfayət Məmmədovun bir il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar çıxarması haqqında məlumat yayıldı. Məlumatlar müxtəlif şayiələrlə müşayət olunurdu. Deyirdilər ki, təcavüz nəticəsində qız hamilə qalıb və hətta sonradan başına hava gəlib. Sosial şəbəkə istifadəçiləri öz qəzəblərini gizlətmir, təcavüzkarın və ona belə yüngül cəza verən hakimin sərt cəzalandırılmasını tələb edirdilər.
Bu məlumat media səhifələrində də geniş rezonans doğurdu - məhkəmələrimizdə qərəzli və sifarişli qərarlar verildiyi barədə tənqidi məqalələr yazıldı. Azərbaycan Femidası hakimlərin kiçik oğurluq edənlərə ağır cəzalar verməkdə və müvafiq rüşvət müqabilində daha ağır cinayətlərə göz yummaqda ittiham edildi.
Bu arada xatırladırıq ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149-cu maddəsinə əsasən, zorlama, yəni zərərçəkmişə və ya digər şəxslərə qarşı zor tətbiq edərək və ya edəcəyi ilə hədələyərək və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqəyə girmək üçün - dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə nəzərdə tutulur.
Biz şayiələr arasında həqiqət axtaran AYNA hakim Atabəy Kiçikbəyovun özü ilə əlaqə saxlayıb. Və o, sualımıza “Orada heç bir zorlamadan, təcavüzdən söhbət belə gedə bilməz, zorlama olmayıb”, - sözləri ilə cavab verib.
Hakimin dediyinə görə, məhkəmə zamanı qızın özünün Səfayət Məmmədovla intim münasibət qurmağa razılıq verməsi bəlli olub: “Hökm bu il iyulun 30-da verilib. Cinayət Məcəlləsinin 152-ci maddəsinə əsasən, on altı yaşına çatmamış şəxslə cinsi və ya digər cinsi xarakterli hərəkətlər etmək üç ilə qədər həbs cəzası ilə cəzalandırılır. Bu işdə yüngülləşdirici hallar da mövcud idi. Səfayət Məmmədovun 60 yaşı var. Özü də II qrup əlildir. Anasının I qrup əlilliyi var. Həyat yoldaşı da II qrup əlildir. Onlara yalnız Səfayət Məmmədov baxır. Bütün bu halları nəzərə alaraq, onu bir il müddətinə həbs cəzasına məhkum etdim. Mən yalnız qanun çərçivəsində hərəkət etmişəm”.
Düzünü deyim ki, bu sözlərlə sosial şəbəkədə və mediada səsləndirilən ittihamların hamısını təkzib edən hakimdən bu cavabı gözləmirdik. Məsələnin hüquqi baxımdan doğru olub-olmamasının izahatını hüquqşünaslar verməlidirlər. Kiçikbəyovun qanuni müstəvidə haqlı olub-olmadığını mühakimə etmək bizim işimiz deyil. Bu sensasion işdə son nöqtənin qoyulub-qoyulmadığını da bu yaxınlarda biləcəyik. Hər halda, zərərçəkmiş tərəfin Lerik məhkəməsinin qərarından apellyasiya şikayət vermək hüququ və bunun üçün zamanı var.
952 dəfə oxundu