Milli Məclisə basqın edən dəstənin daha bir üzvü tutuldu
Azərbaycan ordusuna dəstək aksiyasından sonra Milli Məclisə basqın etməkdə ittiham olunan mütəşəkkil dəstənin daha bir üzvü məsuliyyətə cəlb olunub.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Seyfullayev Telman Saleh oğlu hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həbs olunub.
Onun barəsində Cinayət Məcəlləsinin 186.2.1-ci (zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla əmlakı qəsdən məhv etmə və ya zədələmə), 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham elan edilib.
Nəsimi rayon Məhkəməsində hakim Elməddin Hüseynovun sədrliyi ilə baş tutan iclasda istintaq orqanını təqdimatı təmin olunub.
Telman Seyfullayevin barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, bu günə kimi həbs olunan şəxslər bunlardır:
Həsənov İsmayıl Vaqif oğlu, Quliyev Vüsal Güdüz oğlu, Mövləyev Dəyanət Kərəm oğlu, İmanov Bəxtiyar Bədəl oğlu, Mustafayev Səyavuş Firudin oğlu, Ramid Zəkrulla, Rəhimli Şəmsi Rasim oğlu, Məmmədov Elvin Sarif oğlu, Əhmədov Seymur İntiqam oğlu, Yusifli Asif Qənbər oğlu, Məmmədov Azər Vaqif oğlu, Babayev Ramiz Həmzə oğlu, Əhmədov Emin Şirməmməd oğlu, Mahmudov Kamil Akif oğlu, Vəliyev Tural Famil oğlu, Məmmədov Elçin Əlisəfa oğlu, Əliyev İlkin Pirəli oğlu, Vahabov Müşfiq Fazil oğlu, Mustafayev Səbuhi Yusif oğlu, Nağıyev Məhəbbət Rövşən oğlu, Novruzov Ceyhun Fərhad oğlu, Məmmədov İsmayıl İltifat oğlu, Mehdiyev Elçin Eldar oğlu, Süleymanov Baba Tahir oğlu, Çobanov Pərvin Nadir oğlu, Məhərrəmov Ayaz Həbib oğlu.
Qeyd edək ki, məlum olduğu kimi iyulun 14-dən 15-nə keçən gecə Bakı şəhərində Azərbaycan Ordusuna dəstək məqsədilə yürüş keçirilib.
Dinc və vətənpərvər ruhda keçən bu aksiya zamanı bir qrup şəxs ictimai qaydanın kobud surətdə pozulmasına səbəb olan hərəkətlərə yol verərək, Milli Məclisin inzibati binasının qapı-pəncərələrini sındıraraq içəriyə daxil olublar, aksiyanın təhlükəsizliyini təmin edən polis əməkdaşlarına müqavimət göstərməklə zor tətbiq ediblər.
Nəticədə bir neçə polis əməkdaşına müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib, xidməti avtomobillərlə yanaşı, mülki nəqliyyat vasitələrinə də ciddi ziyan vurulub.
Polis əməkdaşları tərəfindən dəfələrlə edilən xəbərdarlıqlara məhəl qoyulmadığından, eləcə də vəziyyətin daha da gərginləşməsinin qarşısının alınması üçün görülən operativ tədbirlərlə ictimai asayiş bərpa edilib.
Ümumilikdə həbs olunanların sayı 27 nəfərdir.
Baş Prokurorluğun İstintaq İdarəsində istintaq davam edir.
Qeyd edək ki, təqsirləndirilən şəxslərin hər birinin barəsində 3 ay müddətinə həb qətimkan tədbiri seçilib.
Həbs olunan şəxslərin hər biri Cinayət Məcəlləsinin 186.2.1-ci (zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla əmlakı qəsdən məhv etmə və ya zədələmə), 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham elan edilir.
623 dəfə oxundu