“NBC Bank“ turizm şirkətini məhkəməyə verdi

“NBC Bank“ turizm şirkətini məhkəməyə verdi


"NBC Bank" Açıq Səhmdar Cəmiyyəti (ASC) "Gold Traver" Məhdud Məsuliyyətli Cəmiyyətini (MMC) məhkəməyə verib. “Report”un məlumatına görə, bank borcun ödənilməsini tələb edir. İddia olunan borcun məbləği açıqlanmayıb.

İddiaya 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır. Qeyd edək ki, 1992-ci ildə “Ruzu” SKB kimi fəaliyyətə başlayan bank 2002-ci ildə adında dəyişiklik edilərək “NBC Bank” Kommersiya Bankı (KB) olub. Azərbaycanın bir neçə şəhər və regionlarında filialları olan bank 2005-ci ildə Açıq Səhmdar Cəmiyyətinə çevrilib. “NBC Bank”ın təsisçi şirkəti isə “Nurgün Qrup” MMM-dir.

"Gold Traver" MMC isə turizm şirkətidir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1095 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...