Keçmiş arvadını işgəncə ilə öldürdü, amma deyir ki...
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi amansızlıla qəsdən adam öldürməkdə ittiham olunan Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Elşən Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Virtualaz.org saytının prosesdə iştirak edən müxbirinin verdiyi xəbərə görə, prosesə hakim Əlisultan Osmanov sədrlik edib. Dövlət ittihamçısı ittiham aktını elan edib.
Təqsirləndirilən Elşən Mehdiyev ona elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilmədiyini deyib. İttihama görə, qətl hadisəsi 12 dekabr, 2014-cü ildə Suraxanı rayonu ərazisində, Zığ qəsəbəsindəki yarımtikilidə baş verib. Elşən Mehdiyev keçmiş həyat yoldaşı, 1992-ci il təvəllüdlü İntima Salmanovanı qətlə yetirib. Elşən Mehdiyevlə İntima Salmanova 2012-ci ildə boşanıblar və qadın atasının evinə gedib. Hadisə baş verən gün Elşən keçmiş arvadına zəng vuraraq onu həmin əraziyə çağırıb. Keçmiş ər-arvad arasına mübahisə düşüb. Elşən qadına altı bıçaq zərbəsi endirib. Onun öldüyünü güman edərək hadisə yerini tərk edib.
Lakin bir qədər sonra yaralı qadın da küçəyə çıxıb. İntima Salmanovanın ölmədiyini görən Elşən Mehdiyev geri qayıdaraq qadını boğub. Daha sonra isə Suraxanı Rayon Polis İdarəsinə gedərək könüllü təslim olub.
Məhkəmə prosesi qeyri-müəyyən vaxta qədər təxirə salınıb.
1491 dəfə oxundu