Vətəndaşlara xaricdə iş “düzəldən”lərin bir qrupu saxlanılıb
Özbəkistanın bir sıra regionlarında hüquq-mühafizə orqanları pul müqabilində insanların xaricə işləməyə göndərilməsini təşkil edəcəklərini vəd edən vətəndaşları saxlayıblar.
Musavat.com Podrobno.uz saytına istinadla xəbər verir ki, Səmərqənd vilayətinin Urqut rayonunda bir şəxs 22 min dollar müqabilində 3 vətəndaşı ABŞ-a işləməyə göndərəcəyini vəd edib. O, 15,4 min dollar avans alarkən saxlanılıb.
Daşkəndin Üçtəpə rayonunda bir nəfər Litvada işləmək istəyən vətəndaşa kömək edəcəyinə söz verib. O, dostlarının köməkliyi ilə 2,5 min dollara sənədləri hazırlayacağını və Litvaya viza alacağını bildirib.
Nəvaidə iki vətəndaş bir kişini Cənubi Koreyaya mövsümi işə göndərmək vədi müqabilində ondan 2000 dollar alıblar. Fırıldaqçılar pulu alarkən saxlanılıb.
Daşkənd vilayətinin Bekabad şəhərində iki vətəndaş Türkiyəyə giriş qadağasını aradan qaldırmaq üçün başqa bir vətəndaşa 1000 dollar vəd verib. Onlar pulu alarkən cinayət başında yaxalanıblar.
Bu hallar əsasında Cinayət Məcəlləsinin 168-ci (“Dələduzluq”) və 28, 211-ci (“Rüşvət alma”) maddələri ilə cinayət işi başlanıb.
Qeyd edək ki, Orta Asiya respublikalarında xaricdə iş tapmaq ümidi ilə yaxşı tanımadıqları və ya az tanıdıqları adamlara müraciət etmə və pul vermə halları çox yayğındır. Aldadılanlarla yanaşı, işi düzələnlər də olur deyə, proses davam edir.
46 dəfə oxundu