Bakıda avtomobilləri qəsdən yandıran kriminal avtoritet tutulub

Bakıda avtomobilləri qəsdən yandıran kriminal avtoritet tutulub

Bakıda avtomobilləri yandıran şəxs tutulub. APA-nın məlumatına görə, Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Qaraçuxurda 20-yə yaxın avtomobili yandırmaqda şübhəli bilinən, 1979-cu il təvəllüdlü Səfər Zöhrab oğlu Mahmudov saxlanılıb. Məlumata görə, S. Mahmudovun kriminal aləmlə yaxın əlaqələri var. O, bu aləmdə “Dəli Səfər” ləqəbi ilə tanınır.

Qeyd edək ki, son vaxtlar Suraxanıda vətəndaşlara məxsus nəqliyyat vasitələrinin qəsdən yandırılması barədə mətbuatda məlumatlar yayılıb. Rayonun Qaraçuxur qəsəbəsində bir gecədə 10-dan çox avtomobil yandırılıb. Avtomobili yandırılanlar arasında kriminal aləmdə “Seyid” ləqəbi ilə tanınan avtoritet də var.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1484 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...