14 milyon oğurlayan azərbaycanlı tutuldu
Bakı-Qazax yolunda bir kişini öldürən şəxs Petropavlovsk yataqxanasında ələ keçdi. Qazaxıstanın şimalında yerləşən Petropavlovsk şəhərində Azərbaycanın 34 yaşlı vətəndaşı saxlanılıb. O, öz ölkəsində törətdiyi qətlə görə 16 ildir beynəlxalq axtarışda olub. ANS PRESS-in məlumatına görə, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin vilayət departamentinin mətbuat xidməti bildirib.
Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən başlanmış axtarış işinin materialından aydın olur ki, 1999-cu ildə Gəncə şəhər sakini öz atası ilə birlikdə Bakı-Qazax avtomobil yolunda bir kişini öldürüb, onun üzərindən 14 milyon 800 min manatı götürüb və qaçıblar.
Qatil Petropavlovsk şəhərindəki yataqxanaların birində operativ-axtarış tədbirləri zamanı saxlanılıb və hazırda istintaq təcridxanasına yerləşdirilib. Qatil yaxın vaxtlarda vətənə ekstradisiya olunacaq.
Polisin saxlanılan şəxslə sorğu-sualı zamanı məlum olub ki, qətldə şübhəli bilinən şəxsin atası 2003-cü ildə dünyasını dəyişib.
1450 dəfə oxundu