Sabirabadda 9-cu sinif şagirdi qız qaçırdı - FOTO

Sabirabadda 9-cu sinif şagirdi qız qaçırdı -

Sabirabad rayonunda 17 yaşlı qız itkin düşüb. Bu barədə ANS TV-nin “Sən tək deyilsən” verilişinə qatılan ana bildirilib. Orta məktəbin 10-cu sinif şagirdi olan, 17 yaşlı Aytac Mahmudova evdən çıxıb və bir daha geri qayıtmayıb. Verilişdə iştirak edən qızın anası bildirib ki, qızını özündən bir yaş kiçik, 9-cu sinif şagirdi olan oğlan qaçırıb. Verilişdə həmçinin bildirilib ki, Aytac evdən çıxarkən ailəsinə məktub da yazıb. Qız məktubda ailəsindən incik olduğunu xüsusi vurğulayıb.

“Aytacın arzuları ürəyində qaldı. Onu siz öldürdünüz. Ona istədiklərini almadınız. Ona telefon almadınız”.

Qeyd edək ki, verilişdə bildiriblər ki, Aytac Mahmudovanı bir neçə dəfə Sabirabad rayonunda görüblər. Deyilənərə görə, onun yanında 20-23 yaşlarında oğlan da olub. Qızın anası isə iddia edir ki, Aytac Bakıya gəlib.

İtkin düşən qızın fotosunu təqdim edir: /anspress


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1582 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...