30 silahlı çeçen Moskvada: Dəhşətli hücum

30 silahlı çeçen Moskvada:


Moskvada 30-a yaxın silahlı çeçen ofis binasına hücum edərək kütləvi qətl törətmək istəyib. Axar.az xəbər verir ki, hadisə fevralın 3-də səhər saatlarında Moskvanın Boqorodsk rayonunda baş verib. Məlumata görə, əllərində silah və armaturlar olan 30-a yaxın çeçen Andreyevo-Zabelinskaya küçəsinə gələrək buradakı 2 mərtəbəli ofis binasına hücum ediblər.

Hadisə nəticəsində yaralanan 10 nəfərdən 3-ü xəstəxanaya aparılıb. Onlardan birinin vəziyyəti ağırdır. Şahidlər baş verən hadisənin hərbi əməliyyatları xatırlatdığını deyiblər. Artıq hadisə ilə əlaqədar cinayət işi açılıb və 11 çeçen saxlanılaraq inzibati məsuliyyətə cəlb edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
996 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...