Astarada 47 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürdü

Astarada 47 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürdü
Astarada 47 yaşlı kişini yüksək gərginlikli elektrik cərəyanı vuraraq öldürüb.

Gundeminfo.az xəbər verir ki, hadisə rayonun Kijəbə qəsəbəsi ərazisinddə qeydə alınıb.

Belə ki, qəsəbə sakini, 1977-ci il təvəllüdlü Akif Maarif oğlu Ramazanovun su hövzəsində balıq ovlamaq üçün atdığı qırmaq yüksək gərginlikli elektrik xəttlərinə toxunub və o, cərəyan vurması səbəbindən ölüb.

Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
93 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...