Etibar Əliyevin səhhətinə görə istintaq yenidən dayandırıldı

Etibar Əliyevin səhhətinə görə istintaq yenidən dayandırıldı
"Texnikabank” ASC-nin (ləğv edilib) Müşahidə Şurasının sədri olmuş Etibar Əliyevin yarımçıq qalmış cinayət işi üzrə yeni məhkəmə iclası keçirilib.

Bakı Apellyasiya Məhkəməsi öz təşəbbüsü ilə Etibar Əliyevin vəziyyəti ilə maraqlanıb.

Onun mühakiməsini davam etdirib-etdirə bilməyəcəyini öyrənmək üçün tibbi ekspertiza keçirilib. Bu günlərdə həkim rəyi hazır olub. Rəydə yazılıb ki, təqsirləndirilən şəxs illər əvvəl ağır xəstəliyə tutulub, hələ də ondan əziyyət çəkir.

Məhkəmə sözügedən rəy əsasında qərar qəbul edib. Qərarda yazılıb ki, Etibar Əliyev məhkəmədə iştirakını istisna edən ağır xəstəlikdən əziyyət çəkir. Bu səbəbdən məhkəmə istintaqı yenidən qeyri-müəyyən müddətə kimi dayandırılıb.

Məlumat üçün deyək ki, Etibar Əliyev və "Texnikabank”ın digər əməkdaşları 2014-cü ildə vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə dələduzluq, rəsmi sənədləri saxtalaşdırma və vəzifə saxtakarlığı ittihamları ilə cinayət məsuliyyətinə cəlb edilib. Bakı Ağır Cinayətlər məhkəməsinin hökmü ilə ayrıca mühakimə edilən Etibar Əliyevə 9 il azadlıqdan məhrumetmə cəzası verilib.

Lakin cəza şərti hesab edilib. Həmin vaxt tərəflər hökmdən apellyasiya şikayəti verib. Apellyasiya baxışının gedişində Etibar Əliyev ağır xəstəliyə tutulub. Bu səbəbdən 10 ildir istintaq dayandırılıb./Qafqazinfo



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
29 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...