“Nadzor” işlədiyi təcridxanaya dustaq kimi getdi

“Nadzor” işlədiyi təcridxanaya dustaq kimi getdi
Bakı İstintaq Təcridxanasında dustaqlardan rüşvət almaqda ittiham olunan Elşad Məmmədovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Hökmə əsasən, E.Məmmədov ittiham olunduğu maddələrlə təqsirli bilinərək 8 il 1 ay azadlıqdan məhrum edilib.

İbtidai və məhkəmə istintaqı dövründə azadlıqda olan E.Məmmədov məhkəmə zalında həbs edilərək, əvvəl nəzarətçisi olduğu təcridxanaya göndərilib.

Qeyd edək ki, R.Məmmədov Bakı İstintaq Təcridxanasında nəzarətçi işlədiyi müddətdə istifadəsi qadağan edilən telefonları yoxlamadankənar cəza çəkən şəxslərə verib. Nəzarətçi xidmətlərinin qarşılığında dustaqlardan və yaxınlarından rüşvət alıb.

Ona qarşı Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 317-1.2 (cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsi - Eyni əməllər şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 311.3.2-ci (rüşvət alma-təkrar törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
446 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...