DTX-dən əməliyyat mütəşəkkil cinayətkar dəstə aşkarlandı

DTX-dən əməliyyat
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən transmilli mütəşəkkil kiber cinayətkar dəstə aşkar edilib.

Axar.az xəbər verir ki, Azərbaycana ekstradisiya edilmiş daha bir üzvü Sekrieru İon Aleksandroviçin barəsində cinayət işi üzrə istintaq yekunlaşdırılıb və iş baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə məhkəmə baxışına daxil olub.

İon Sekrierunun daxil olduğu transmilli cinayətkar şəbəkənin Azərbaycan bankomatlarından təmassız pul çıxarmaqda ifadə olunan cinayət əməlləri öz unikal törədilmə ssenarisinə görə xüsusilə diqqət çəkir.

İttihamdan aydın olur ki, İon Sekrieru və xaricdə fəaliyyət göstərən dəstənin digər üzvləri Azərbaycan Respublikası banklarının kompüter sistemlərinə elektron məktubla daxil etdikləri ziyanverici proqram vasitəsilə bank şəbəkə subyektlərinin adları, şifrləri və digər açar funksiyalar barədə məlumatları ələ keçirib. Bundan sonra müxtəlif saxta identifikasiya metodlarından istifadə edən dəstə üzvləri ölkəyə gələrək Bakı və Sumqayıt ərazisində quraşdırılmış bankomatlara yaxınlaşıb heç bir kart daxil etmədən və fiziki müdaxilə etmədən internet vasitəsilə kənardan verdikləri komanda nəticəsində bankomatların təqdim etdiyi pul vəsaitlərini götürərək ölkəni tərk etmişlər.

Uzunmüddətli əməliyyat-istintaq tədbirləri müxtəlif ölkələrin vətəndaşları olan və fərqli ölkələrdə gizlənmiş dəstə üzvlərinin bir-bir müəyyən edilərək ölkəyə ekstradisiya edilməsinə imkan verib.

Film ssenarisinə bənzəyən əməllərə görə hazıradək İon Sekrieru ilə yanaşı, xarici ölkə vətəndaşları Danila Dorin Konstantinoviç və Qubçak Sergey Aksentiyeviç də DTX tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 273.4 və 177.3.2-ci (Kompüter sisteminə və ya kompüter məlumatlarına qanunsuz müdaxilə etməklə talama) maddələri ilə ittiham olunaraq Azərbaycan Respublikasına gətirilmiş və məhkəmə tərəfindən ağır cəzalara məhkum edilmişlər.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
647 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...