2 aydır axtarılan Rasimlə bağlı şok iddia: İran polisinin əlindədir

2 aydır axtarılan Rasimlə bağlı şok iddia:
Ötən ilin dekabr ayının 26-da İmişli rayonunun Qaragüvəndikli kəndində itkin düşən 11 yaşlı Rasim Xankişiyevin İranda olduğu iddia olunur.

Gundeminfo.az Sonxəbər.az-a istinadən xəbər verir ki, bu barədə ARB televiziyasında yayımlanan "Səni Axtarıram" verilişinin aparıcısı Xoşqədəm Hidayətqızı danışıb.

"İrandan şəkil göndərilib. O şəkli ailəyə göndərmişəm. İddia olunur ki, Rasimi İranda sərhəddə görüblər. Bildirirlər ki, Xudafərinə çəkilişə gedən zaman bir əsgər Rasimi narkotik satanların arasında gördüyünü deyib. Guya narkotik satan kişini tutublar. Rasim İran polislərinin əlindədir. Bunu iddia edən İranın hüquqşunaslarından biridir".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
534 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...