ABŞ-da 1582 nəfər edam edilib, 2 333 nəfər isə hökmün icrasını gözləyir

ABŞ-da 1582 nəfər edam edilib, 2 333 nəfər isə hökmün icrasını gözləyir
ABŞ ölüm hökmündən istifadə edən yeganə inkişaf etmiş ölkədir.

“Report” xəbər verir ki, bu barədə “Deathpenaltyinfo.org” portalı məlumat yayıb.

Belə ki, 1976-cı ildən 2024-cü ilin yanvar ayının 3-dək ölkədə 1 582 məhbus edam edilib. Cəzaların 1402-si iynə vurulmaqla həyata keçirilib. Ən az rast gəlinən isə asılma və güllələnmədir - hər biri 3 halda.

Təkcə ötən il 24 nəfər edam edilib. Ölüm hökmlərinin maksimum sayı 1999-cu ildə icra edilib – 98 məhbus.

Edam edilən ştatların sayına görə isə Texas 586 nəfərlə liderlik edir. Qeyd olunub ki, hazırda ABŞ-da edamı gözləyən 2 333 nəfər var. Onlardan 665-i Kaliforniya təcridxanalarında saxlanılır.

Eyni zamanda 1973-cü ildən ölüm cəzasına məhkum edilmiş 196 nəfərin işinə yenidən baxılaraq bəraət hökmü çıxarılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
461 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...