Kamran Əliyev 10 il sonra bəraət alan şəxsdən danışdı

Kamran Əliyev 10 il sonra bəraət alan şəxsdən danışdı
“Ömürlük məhkum edilərək 10 il sonra bəraət alan şəxslə bağlı hökmdə bəzi mübahisəli məsələlər var idi”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri ötən ilin yekunlarına dair keçirilən kollegiya iclasında baş prokuror Kamran Əliyev deyib.

K.Əliyevin sözlərinə görə, hadisənin üstündən illər keçməsi, sübutların köhnəlməsi və digər məqamlar həmin bəraətdə əsas rol oynayıb.

“Bütün bunlara baxmayaraq, bəraət bəraətdir”,- baş prokuror əlavə edib.

Qeyd edək ki, Aydın Qəhrəmanov adlı şəxs 2013-cü ildə Birlikdə yaşadığı qadını və onun qardaşı qızını zəhərləyərək öldürmə ittihamı ilə həbs edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona ömürlük azadlıqdan məhrumetmə cəzası verilib.

9 il sonra-2022-ci ilin sonunda Bakı Apellyasiya Məhkəməsi Qəhrəmanovun günahsız olduğunu elan edib. O, bəraət alaraq azadlığa buraxılıb. Qərardan prokuror protest versə də, Ali Məhkəmə etirazı əsaslı hesab etməyib.

Məlumat üçün bildirək ki, Cinayət-Prosessual Məcəlləsinin 56-cı maddəsinə əsasən bəraət almış şəxsin maddi və mənəvi ziyana görə təzminat tələb etmək hüququ var. Mənəvi ziyan şəxsin həbsdə keçirdiyi hər aya görə hesablanır. Maddi ziyan isə həbsindən əvvəl aylıq qazancına uyğun verilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
631 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...