Tikilən məktəb binasından oğurluq edənlər tutulub

Tikilən məktəb binasından oğurluq edənlər tutulub
Tikilməkdə olan yeni məktəb binasından oğurluqlar edən Biləsuvar sakinləri saxlanılıb.

Bu barədə Gundeminfo.az-a DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Bildirilib ki, Biləsuvar rayonunun Bəydili kəndində tikilməkdə olan yeni məktəb binasının anbarından müxtəlif vaxtlarda dəyəri 2300 manat olan məişət və təmir-tikinti avadanlıqlarının oğurlanması barədə polisə məlumat daxil olub:

“Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən rayon sakinləri Alışan Əzizli, Zahid Babayev və Kamran Sadıqzadə müəyyən edilərək saxlanılıblar. Oğurlanan əşyalar onlardan aşkarlanaraq maddi sübut kimi götürülüb.
Bundan əlavə, şöbə əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki yaşayış evlərindən birindən oğurluq edən, digər bir evin həyətindən isə oğurluğa cəhd edən rayon sakini Pünhan Məmmədzadə saxlanılıb. Şəxsi axtarış zamanı ondan metamfetamin aşkarlanaraq götürülüb.
Faktlarla bağlı Biləsuvar RPŞ-də araşdırma aparılır”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
270 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...