Masallı sakinlərindən 1 kiloqram narkotik aşkarlandı

Masallı sakinlərindən 1 kiloqram narkotik aşkarlandı
Masallı sakinlərindən 1 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Gundeminfo.az -a verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini E.Əliyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan yarım kiloqrama yaxın marixuana aşkarlanaraq götürülüb.
Şöbə əməkdaşlarının Masallı şəhəri ərazisində keçirdikləri digər əməliyyat zamanı isə rayon sakini İ.Əlizadə saxlanılıb. Həmin şəxsdən 450 qram marixuana aşkarlanaraq götürülüb.
Faktlarla bağlı Masallı RPŞ-də araşdırma aparılır.
Masallı sakinlərindən 1 kiloqram narkotik aşkarlandı



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
235 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...