Baş Prokurorluq bir sıra qurumlara rəsmi xəbərdarlıq etdi

Baş Prokurorluq bir sıra qurumlara rəsmi xəbərdarlıq etdi

Baş Prokurorluq ekoloji hüquqpozuntularına qarşı mübarizəni davam etdirərək həm pozuntulara yol vermiş şəxslərin məsuliyyətə cəlb edilməsi ilə yanaşı belə pozuntulara şərait yaradan halların vaxtında müəyyən edilərək aradan qaldırılması istiqamətində tədbirlər görür.

Bu barədə GUNDEMİNFO.AZ-a Baş Prokurorluqdan məlumat verilib.

Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində aparılmış araşdırmaların nəticələrinin ümumiləşdirilməsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ilə birgə ekoloji pozuntuların təhlil edilməsi ilə müəyyən edilib ki, yaşıllıqların uçotu və qeydiyyatı, həmçinin reyestrin formalaşdırılması və aparılması sahəsində yerli icra və özünü idarəetmə orqanlarının faəliyyəti lazimi səviyyədə təşkil edilmir.

Belə ki, bir sıra hallarda yerli və özünüidarətmə orqanları yaşıllıqların uçot və monitorinqini apararaq bu barədə məlumatları yaşıllıqların kadastrınının aparılması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim etməməklə ekoloji hüquqpozuntularının törədilməsinə şərait yaratmayıblar.

Yaşıllıqların mühafizəsi sahəsində yol verdikləri qanun pozuntularından çəkinmələri barədə bir sıra yerli qurumlara rəsmi xəbərdarlıq edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
738 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...