Azərbaycanlı diplomatlar Türkiyədə aldadılıblar
Azərbaycanda yüksək vəzifə tutan 3 diplomat Türkiyədə aldadılıb.
GUNDEMİNFO.AZ Yeniavaz.com xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Bildirilir ki, Türkiyədə tanınmış maliyyə proqramlarının sahibi olan Gökalp İçer beynəlxalq sərgidə tanış olduğu Murad Şirinovla işə başlayıb. Şirinov Azərbaycan diplomatları ilə Azərbaycandakı bank meneceri vasitəsilə əlaqə saxlayıb:
“O, özünü dövlət məmuru kimi təqdim edib və etibar qazanıb. Şirinov Azərbaycanda yüksək vəzifə tutan 3 diplomatla əlaqə saxlayıb və onlarla görüşüb. O, pulu şəxsən alıb, lakin qarşılığında qəbz verməyib. Əsl müdirlə görüşmək istəyən diplomatları Gökalp İçerin kabinetinə aparıb tanış edib.
Zərərçəkənlərin iddialarına görə, onların telefonlarına proqram quraşdırılıb. Onlara deyilib ki, pullarını bu platforma vasitəsilə izləyə bilərlər.
İlk bir neçə ayda cüzi məbləğ ödənilib. Bu yolla onların daha çox sərmayə qoymasına və yaxınlarını bu sistemə daxil etməsinə şərait yaradılıb. Böyük miqdarda pul alındıqdan sonra artıq qazanc gəlməyib, telefona cavab verilməyib və proqramdakı hesablar sıfırlanıb”.
Azərbaycan diplomatlarının şikayəti əsasında İstanbul Baş Prokurorluğunun başlatdığı istintaq başa çatıb.
İddianamədə Şirinova verilən pulla heç bir sərmayə qoyulmadığı aydın olub.
Sözügedən şirkət və tətbiqin iş icazəsi və ya lisenziyasının olmadığı da müəyyən edilib. Gökalp İçer və Murad Şirinov barəsində iddia qaldırılıb.
Şübhəlilərin dələduzluq və digər cinayətlərə görə 5 ildən 7 il yarımadək azadlıqdan məhrum etmə ilə cəzalandırılması istənilib.
476 dəfə oxundu