"Meşəbəyi”nin sahibi həbsdən azad olundu – O, niyə tutulmuşdu?

"Meşəbəyi”nin sahibi həbsdən azad olundu –

Lerikdə "Meşəbəyi” Sanator-Kurort və Turizm Mərkəzinin sahibinin həbs olunma səbəbi bilinib.

Qaynarinfo-nun məlumatına görə, 1959-cu ildə Lerik Rayon Rvarud kəndində anadan olan sahibkar Əlikram Ağayevin həbs olunmasına səbəb polis əməkdaşlarının qanuni tələbləri pozaraq, onlara müqavimət göstərməsi olub.

Sahibkar 15 oktyabr tarixində Lerik Rayon Polis Şöbəsinə çağırılıb. Lakin o, şöbəyə getmədiyinə görə, polislər onu məcburi aparmaq istəyiblər. Polislər onu aparmağa çalışsalarda, aralarında sözlü mübahisə baş verib və sahibkar əsəbi olduğundan polis əməkdaşlarına nə dediyini xatırlamasa da, onlara sərt irad bildirib. Nəticədə sahibkar saxlanılaraq, barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 15 gün müddətə inzibati həbs olunub. Bir neçə gün əvvəl sahibkar həbsdən azad olunub.

Qeyd edək ki, Əlikram Ağayev uzun illər «Azərtünelmetrotikinti» ASC-nin vitse-prezidenti vəzifəsində çalışıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
592 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...