Türk iş adamının Azərbaycandan çıxışına qadağa qoyuldu

Türk iş adamının Azərbaycandan çıxışına qadağa qoyuldu
"İSHİ İnşaat Mimarlık Mühəndislik Əmlak Turizm Sənayi və Ticarət Limited" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının baş direktoru Halil İbrahim Karaçelikin ölkədən çıxışı məhdudlaşdırılıb.

Qaynarinfo-nun məlumatına görə, bu iddia ilə İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi məhkəməyə müraciət edib.

İdarə tərəfindən məhkəmədə iş adamı barəsində "Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)” iddiası qaldırılıb.

Məlum olub ki, "İSHİ İnşaat Mimarlık Mühəndislik Əmlak Turizm Sənayi və Ticarət Limited" Şirkətinin Filiali və "Sezgin İnşaat" MMC-nin rəhbəri olan Halil İbrahim Karaçelikin 20 min manatdan artıq vergi borcu yaranıb.

Halil İbrahim rəhbəri olduğu "Sezgin İnşaat" MMC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 14258.41 manat vergi borcu var.

Məhkəmənin qərarı ilə Halil İbrahim Karaçelikin ölkədən getmək hüququ vergi öhdəlikləri tam yerinə yetirilənədək müvəqqəti məhdudlaşdırılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
459 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...