“Kedicik” Adnan Oktarın yanından necə qaçdığını açıqladı

“Kedicik” Adnan Oktarın yanından necə qaçdığını açıqladı
“140journos”un “Kedicik” sənədli filmindən sonra Adnan Oktarla bağlı detallar yenidən gündəmə gəlib.

Bakıvaxtı.az-ın Türkiyə mətbuatına istinadla məlumatına görə, belə ki, bir müddət Adnan Oktarın verilişində tez-tez görüntülənən Ceylan Özgül Beyaz TV-də verilişdə qonaq olub. Adnan Oktarın “pişik balası” olarkən təşkilat evindən qaçmağı bacaran Ceylan Özgül proqramda açıqlaması ilə diqqət çəkib.

Özgül Oktarın gözlərinin içinə baxaraq niyə rəqs etdiklərini deyib.

2006-cı ildə təşkilata girən C.Özgül proqramda A.Oktar təşkilatından necə qaçdığını açıqlayıb. “Başqa təşkilat evinə köçdüm” deyən Ceylan Özgül bildirib ki, bu təşkilatın evində onun kompüterində və telefonunda izləmə proqramları olub: “Mənim çox məhdud ünsiyyət vasitələrim var. Birtəhər atamın yeni elektron ünvanını tapdım. Ona dedim ki, bu gün sənə göndərdiyim ünvandan bu saatda çıxacağam. 'Orada olacaqsan?' mesaj göndərdim. O da heç vaxt yox demədi. Bir az macəra oldu”.

Heç yerə tək gedə bilməyəcəklərini deyən Özgül qadınların Oktarın gözlərinin içinə baxaraq rəqs etmələrinin səbəbini də açıqlayıb: "İstədiyi bir şeydir. Nə etdiyini bilmirik. O, bizdən istəyir və biz orada qalan insanlarıq və edirik".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
502 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...