Sünnət zamanı 8 yaşlı oğlanın cinsiyyət orqanı zədələnib – VİDEO
Azərbaycanda sünnət olunan 8 yaşlı uşağın həkim səhvinin qurbanı olduğu iddia edilir. GUNDEMİNFO.AZ xəbər verir ki, uşağın atası Çingiz Seyidli “Xəzər Xəbər”ə bildirib ki, sünnət edən həkim Fuad Nəzərov dərini artıq kəsib və orqanın kanalını yandırıb.
Ata qeyd edib ki, Fuad həkim öz səhvini düzəltmək üçün onu başqa həkimlərə yönləndirib:
“Rafael Soltanov həkim olaraq əlindən gələni edib. Sidiyə getmə zamanı qanaxmanın qarşısı alınsa da, Fuad həkimin səhvini düzətmək mümkün olmayıb. Fuad Nəzərov uşağın cinsiyyət orqanını yandırdığına görə Rafael həkimin uşağın dodağından kəsib cinsi orqana tikdiyi dəri tam tutmayıb”.
Məsələ ilə bağlı TƏBİB-dən bildirilib ki, qurumun nəzdində müvafiq tibbi komissiyalar yaradılıb. Tibbi və məhkəmə ekspertizaları nəticəsində həkim səhvi, tibbi səhv sübuta yetirilərsə müvafiq qanunvericiliyə uyğun olaraq məsuliyyət təyin olunur.
Ailə də həkim səhvinə görə Fuad Nəzərov barəsində hüquq-mühafizə orqanlarına şikayət edib.
Həkim Fuad Nəzərov isə “sonxəbər.az”a bildirib ki, atanın iddiaları əsassızdır:
“Uşaqda psixoloji və uroloji problemlər olub. Hazırkı problem sünnət əməliyyatı ilə əlaqəli deyil”.
Ətraflı videomaterialda:
648 dəfə oxundu