İş adamının qızı icra başçısının olğunun şirkətini məhkəməyə verdi
Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev oğlu Ənvər Ənvərlinin biznesinə daxil olan tikinti şikrəti məhkəməyə verilib.
Valyuta.az-ın məlumatına görə, Tamara Bədəlova Zakir qızı "Bərgüşad-Ş” Mənzil Tikinti Kooperativi (MTK) barədə məhkəməyə müraciət edib.
Xanım "Bərgüşad-Ş” MTK rəhbərliyindən borc müqaviləsi üzrə mübahisələrin həllini və maddi ziyanın ödənilməsini istəyir.
Qeyd edək ki, Tamara Bədəlovanın atası Zakir Bədəlov iş adamı kimi tanınıb. Zakir Bədəlov "MTN işi"ndə zərərçəkmiş şəxslərdən biri olub.
Xatıradaq ki, "Bərgüşad-Ş” MTK 24 mart 2005-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 25 AZN olan şirkətin qanuni təmsilçisi Əzizov Fəzli Bəhram oğludur. Açıq mənbələrdə Fəzli Əzizov haqqında hər hansı məlumat yoxdur.
Yerli mediada gedən və təkzib olunmayan məlumatlara görə, "Bərgüşad-Ş” MTK Sabunçu rayonunun icra başçısı Adil Vəliyevin nəzarətindədir. MTK-nın adına Adil Vəliyevin oğlu Ənvər Ənvərlinin biznes imperiyası ilə bağlı dərc edilən siyahıda da rast gəlinir.
Bundan əlavə, "Bərgüşad-Ş” MTK əsasən Adil Vəliyevə məxsus olduğu deyilən "Bakıxanov Residens”in layihələrində podratçı şirkət qismində iştirak edir.
572 dəfə oxundu