Azərbaycanlı kriminal avtoritet ABŞ-a təhvil veriləcək

Azərbaycanlı kriminal avtoritet ABŞ-a təhvil veriləcək
Çexiyanın ədliyyə naziri Pavel Blazek respublikada saxlanılan Gürcüstan vətəndaşı Polad Ömərovun ABŞ-a ekstradisiya edilməsi haqqında əmr imzalayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Çexiyanın “Pravo” qəzeti məlumat yayıb.
Bildirilib ki, yaxın bir neçə gün ərzində azərbaycanlı kriminal avtoritetin ekstradisiyası prosesi həyata keçirilməlidir.
Beynəlxalq həbs qərarı əsasında o, yanvar ayında Çexiyada saxlanılıb və o vaxtdan həbsdədir. Onun həbsindən az sonra məlum olub ki, ABŞ prokurorları Şərqi Avropadan olan və İran hakimiyyəti ilə əlaqəli olan üç kriminal avtoriteti ABŞ-da yaşayan iranlı jurnalist və hüquq müdafiəçisi Məsih Əlinejadın qətlini planlaşdırmaqda ittiham edib.
Praqa şəhər məhkəməsi mayın sonunda Ömərovun ABŞ-a, o cümlədən Gürcüstan və Qazaxıstana ekstradisiya oluna biləcəyinə dair qərar çıxarıb və bu ölkə də cinayət məsuliyyətinə cəlb olunmaq üçün onun Çexiyadan ekstradisiyasını tələb edib. Çexiya mediası bir müddət əvvəl Ömərovun Rusiya və Ukraynadakı azərbaycanlı icmalarına terror törədən mütəşəkkil cinayətkar qrupa rəhbərlik etdiyini yazıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
515 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...