Fərid həyat yoldaşını və 8 aylıq körpəsini niyə öldürüb? - Qonşular danışdı
"Fərid çox tərbiyəli oğlan idi. Elə ailəsi də. 2008-ci ildən burada yaşayırlar. Çox mehriban ailə idilər. Heç vaxt Fəriddən də, ailəsindən də səhv hərəkət görməmişik".
GUNDEMİNFO.AZ xəbər verir ki, bu sözləri News24.az-a 20 yaşlı həyat yoldaşını və 8 aylıq körpəsini qətlə yetirən Fərid Hüseynlinin qonşuları danışıb.
Onlar bildiriblər ki, Fərid taksi fəaliyyəti ilə məşğul olurdu: "İşə gedib evə gəlirdi. Nə pis vərdişi var idi, nə də ki psixoloji problemi. Eşidəndə heç inanmaqdıq ki, bu ailədə belə hadisə baş verər. Çünki çox yaxşı ailə olub. Qətlin niyə törədildiyini bilmirik. Qızı da heç vaxt küçədə-bayırda görmürdük. Fərid komadadır, oyansa, hər şey aydın olacaq. Heç bir ata övladını öldürməz, hər şey üzə çıxacaq".
Xatırladaq ki, dəhşətli hadisə Hökməli qəsəbəsində baş verib. İddiaya görə, Fərid Hüseynli ilk olaraq həyat yoldaşı 2003-cü il təvəllüdlü Leyla Hüseynliyə bir neçə bıçaq zərbəsi vuraraq onu qətlə yetirib. Bıçaq zərbələrindən biri həyat yoldaşının qucağında olan 8 aylıq qızı Aliyə Hüseynliyə dəyib. Körpə xəstəxanaya aparılarkən yolda keçinib. Fərid Hüseynli daha sonra əlində olan bıçaqla öz qarın boşluğuna ağır zərbələr endirib. Xəstəxanadan verilən məlumata görə, Fərid Hüseynli 4 litr qan itirib və vəziyyəti kafidir. Qətlin qıqanclıq zəminində törədildiyi ehtimal edilir.
Faktla bağlı cinayət işi başlanıb. İbtidai istintaq davam etdirilir.
646 dəfə oxundu