Saxlanıldığı deyilən Ziyafət Abbasova dispanserdə imiş

Saxlanıldığı deyilən Ziyafət Abbasova dispanserdə imiş

Sosial şəbəkələrdə AXCP üzvü Ziyafət Abbasovanın itkin düşməsi ilə bağlı məlumatlar yayılıb.

GUNDEMİNFO.AZ “Qafqazinfo”ya istinadən xəbər verir ki, Z.Abbasovanın dünən Cəmil Həsənlinin kitab təqdimatında iştirak etmək üçün evdən çıxdığı və daha sonra ondan xəbər alınmadığı bildirilib. Z.Abbasovanın saxlanıldığı ilə bağlı iddialar da səsləndirilib.

DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, Ziyafət Abbasovanın saxlanılması ilə bağlı yayılan iddialar əsassızdır: “Vətəndaş Ziyafət Abbasova yaşadığı sığınacaqdan bir neçə vətəndaşın şikayəti və sağlamlıq vəziyyəti ilə əlaqədar ruhi-əsəb dispanserinə yerləşdirilib. Hazırda onun müalicəsi davam etdirilir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
525 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...