Sabiq attaşe məhkəmə zalında həbs olunub

Sabiq attaşe məhkəmə zalında həbs olunub
Azərbaycanın Koreyadakı səfirliyində maliyyə məsələləri üzrə attaşe işləmiş Nəcib Osmanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Hökmə əsasən, Nəcib Osmanov 6 il azadlıqdan məhrum edilərək, məhkəmənin iclas zalında həbs olunub.

Qeyd edək ki, təqsirləndirilən Nəcib Osmanov səfirlik və səfirliyin işçilərinin kommunal, sığorta ödənişləri üçün ayrılan 347 min vəsaiti mənimsəyərək, mərc və qumar oyunlarına yönəltməkdə ittiham olunub.

İş üzrə dəymiş ziyanın 77 min dolları ödənilib. Ona qarşı Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. Nəcib Osmanov barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
627 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...