İcra Hakimiyyətinin mühasibi gecəyarısı arvadını döydü
Bakının Suraxanı rayonunda 1989-cu il təvəllüdlü Əli ailə münaqişəsi zəminində həyat yoldaşı Gülnarəyə (adlar şərti verilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisəni törədən Əlinin barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əli ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O bildirib ki, 2016-cı ildə Gülnarə ilə ailə həyatı qurub:
“Birgə nikahımızdan bir oğlan övladımız var. Münasibətlərimiz əvvəllər yaxşı olub. Əvvəllər aramızda heç bir ədavət olmayıb. Ailə qurduğumuz zaman münasibətlərimiz yaxşı olsa da daha sonra xasiyyətlərimiz uyğun gəlmədiyi üçün münasibətlərimiz həmin vaxtdan korlandı”.
Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü, gecə saat 01.00-da yaşadığı evdə olub:
“Bu zaman həyat yoldaşım Gülnarə ilə birlikdə çarpayıda uzanmışdıq. Gülnarə ilə söhbət edən zaman pis vərdişlərimdən əl çəkməyimi və ailəmə diqqət yetirməyimi dedi. Həmin vaxtı yerimdən duraraq çarpayıda oturaq vəziyyətdə dayandım. Bu səbəbdən aramızda mübahisə yarandı. Mübahisə zamanı anidən əlim ilə yumruqla Gülnarənin sağ gözündən vurdum. Bundan sonra Gülnarənin burnundan qan gəldi. Özünü pis hiss etməyə başladı. Bu səbəbdən təcili yardıma zəng edərək məlumat verdim və həkimlər yaşadığımiz evə gəldilər. Gülnarəni müayinə etdikdən sonra hadisənin baş vermə səbəbini soruşdular. Şikayət etmək istəmədiyimiz üçün hamamın qapısına dəydiyini bildirdik. Daha sonra Gülnarənin barəmdə şikayət etməsini eşitdim”.
Bu cinayət işinə Suraxanı rayon Məhkəməsində baxılıb.
Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb.
Bu səbəbdən Əlinin barəsində olan cinayət təqibinə xitam verilib.
O, cinayət məsuliyyətindən azad edilib.
Qeyd edək ki, Əli icra hakimiyyətlərindən birində mühasib işləyib.
709 dəfə oxundu