50 min manat mənimsəmişəm - Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin sabiq mühasibi
Bakı Ağır Cinayətlər Məhkəməsində Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin mühasibi olmuş Zərifə Abbasovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
GUNDEMİNFO.AZ Trendə istinadən xəbər verir ki, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.
İttihamda göstərilib ki, Z.Abbasova 1 mart 2008-ci ildən 18 yanvar 2023-cü ilə kimi Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin mühasibi vəzifəsində işlədiyi müddətdə Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinə köçürülən pulları mənimsəmək məqsədilə nümayəndəliyin rəhbəri Peter Mixalko və digər şəxsin imza, həmçinin möhürünü əldə edib.
O ödəniş tapşırıqları ilə bağlı aylıq hesabatları qəsdən saxtalaşdırıb və nümayəndəliyin Beynəlxalq Bankdakı hesabından pul vəsaitlərini ələ keçirib. Zərifə Abbasova 2017-2022-ci illərdə Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin bank hesabında olan pul vəsaitlərini nağdlaşdırıb, başqa kartlara köçürərək 983 min 254 manatı mənimsəyib.
Qeyd olunan pul vəsaitini Zərifə Abbasova müxtəlif vaxtlarda Beynəlxalq Bankın bankomatlarından çıxarmağa nail olub.
Onun barəsində Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.
Daha sonra ittihama münasibət bildirən Zərifə Abbasova ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. Qeyd edib ki, nümayəndəliyə məxsus 50 min manat vəsaiti mənimsəyib. Təqsirləndirilən şəxs deyib ki, səhhəti ilə bağlı hazırkı mərhələdə ifadə verə bilməyəcək. Onun vəkili isə bildirib ki, müvəkkili səhhətində yaranan problemlərlə bağlı xəstəxanada müalicə alıb, mayın 8-dən isə ambulator müalicə almaq üçün evə buraxılıb.
Vəkilin sözlərinə görə, Zərifə Abbasova hazırda ev şəraitində müalicəsini davam etdirir: "Zərifə Abbasova indiki vaxtda ifadə verməyə hazır deyil. Onun müalicəsini davam etdirilməsi üçün, həm də ifadə verməyə hazırlaşmaq üçün iki həftə vaxt verməyinizi xahiş edirik".
Hakim vəkilin bu istəyini nəzərə alıb. Bu səbəbdən növbəti məhkəmə iclası iyunun 1-ə təyin olunub.
712 dəfə oxundu