Bakı məktəbində şagirdin 380 manatlıq gödəkçəsi oğurlandı - FOTO

Bakı məktəbində şagirdin 380 manatlıq gödəkçəsi oğurlandı -
Paytaxtın Zirə qəsəbəsi, 120 saylı tam orta məktəbdə oğurluq hadisəsi baş verib.

Bu barədə iddialar baku.ws-in qaynar xəttinə daxil olub.

Bildirilib ki, hadisə fevral ayında baş verib. Sözügedən məktəbdə 7-ci sinif şagirdi S.Heybətlinin gödəkçəsi təhsil ocağının foyesindən oğurlanıb. Valideyn iddia edir ki, belə hallar dəfələrlə başqa şagirdlərin başına gəlsə də, heç bir tədbir görülməyib:

“Hadisə beşinci gün baş verdiyindən, şənbə və bazar günü heç yerə demədim. Ayın 6-da isə polisə müraciət edib məktəbə məlumat verdim. Lakin bu günə qədər tədbir görülməyib. Sonra xəbər tutmuşam ki, məktəbdə xalça da oğurlanıb. Oğlumun oğurlanan gödəkçəsinin 380 manat qiyməti var idi, brend mağazaların birindən almışdım. Həmin məktəbdə oğurluq dəb halını alıb. Məktəbin yolundakı dükanların da təəssüf ki, təhlükəsizlik kamerasına baxan olmayıb. Məktəbin isə, ümumiyyətlə, təhlükəsizlik kameraları işləmir. Deməli, sabah daha ciddi hadisə baş versə, heç kəs cavabdeh olmayacaq”.


Bakı məktəbində şagirdin 380 manatlıq gödəkçəsi oğurlandı -
Bakı məktəbində şagirdin 380 manatlıq gödəkçəsi oğurlandı -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
360 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...