Rüşvətə görə həbs edilən sabiq direktor hökmdən narazıdır

Rüşvətə görə həbs edilən sabiq direktor hökmdən narazıdır
Bakının Xocasən Sağlamlıq Mərkəzinin sabiq direktoru Əliyar Məmmədov barəsindəki hökmdən apellyasiya şikayəti verib.

Pravda.az-ın əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsinə müraciət edən məhkum barəsində bəraət hökmünün çıxarılmasını istəyir. Şikayət hakim Anar İbrahimovun icraatına verilib. Məhkəmənin ilkin hazırlıq iclası fevralın 23-nə təyin edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü o, 9 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd: Ə.Məmmədov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə ittiham olunur. Cinayət işi üzrə zərərçəkən şəxs qismində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu və Daxili İşlər Nazirliyinin Tibb Baş İdarəsi tanınır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
689 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...