9 milyon mənimsəyən MTN generalının bu əmlakları özünə qaytarıldı

9 milyon mənimsəyən MTN generalının bu əmlakları özünə qaytarıldı
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) general-mayoru Sübahir Qurbanovun müsadirə olunan əmlaklarının bir hissəsi geri qaytarılıb.

GUNDEMINFO.AZ “Qafqazinfo”ya istinadla xəbər verir ki, bununla bağlı Ali Məhkəmənin sədri Ramiz Rzayev tərəfindən göndərilmiş təqdimata həmin məhkəmədə baxılaraq qərar qəbul olunub.

Hakim İlkin Rəsəbovun sədrliyi ilə keçirilən iclasda Sübahir Qurbanova məxsus iki ədəd mənzil və Masallının Qızılavar kəndində yerləşən yanacaqdoldurma məntəqəsinin sabiq MTN generalına qaytarılması məqbul sayılıb. Onun Novxanıda 1 hektardan çox torpaq sahəsi və üzərindəki tikili, eyni qəsəbədə yerləşən bağ evi, Digah qəsəbəsində yerləşən torpaq sahəsi və yanacaq doldurma məntəqəsi üzərindəki müsadirə qərarı qüvvədə qalıb.

Xatırladaq ki, Sübahir Qurbanov MTN-in Transmilli Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsinin rəisi olub. 2015-ci ildə MTN ləğv olunduqdan sonra həbs edilib. O, çoxsaylı sahibkar və ayrı-ayrı şəxslərin MTN-nin inzibati binasına gətizdirib xidməti otaqlarda saxlamaqla qanunsuz azadlıqdan məhrum etmək, onlardan külli miqdarda pul vəsaitlərinin əllərindən alınması, barələrində rüsvayedici məlumatlar yaymaqla hədələmə, dövlət büdcəsini israf etmə və s. kimi əməllərdə təqsirli bilinib. Onun bu cinayətlər vasitəsilə ümumilikdə 9 milyon manat pul və qiymətli əşyaları ələ keçirdiyi bildirilir.

Qeyd edək ki, sabiq general 14 il həbs cəzası alsa da, 2020-ci ildə əfv olunaraq azadlığa çıxıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
610 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...