Bakıdakı dəhşətli qəzadan sağ çıxan sürücü: “30 saniyənin söhbəti oldu”
Ötən gün Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində baş verən ağır yol-nəqliyyat hadisəsində yanan “Opel” markalı avtomobilin sürücüsünün vəziyyəti yaxşıdır.
Yeniavaz.com xəbər verir ki, bu barədə Oxu.Az-a həmin sürücü özü məlumat verib.
“Opel” markalı avtomobilin sürücüsü Əvsələtdin Tofiq oğlu Əliyevin sözlərinə görə, səhhətində heç bir problem yoxdur:
“Qəzanı xatırlayıram. Ora çox sürətli yoldur. Saatda 85-90 sürəti ilə hərəkət edirdim. Biz birinci döngəni keçdik, ikincini də keçmək istəyəndə qarışda gedən “Mercedes” markalı yanacaqdaşıyan avtomobil “KamAZ”a arxadan çırpıldı. “KamAZ” üzü əks istiqamətdə aşdı, daşlar yerə töküldü. O biri maşın da aşdı. Daha sonra maşından maye töküldü və yanğın başladı. Bizim maşın da yanmağa başladı. Mənim tərəfimdən qapı kilidlənmişdi. Yoldaşım tərəfdən açıq idi. Qapını açıb qaçmağa başladıq. Maşın partladı. 30 saniyənin söhbəti oldu. Səhhətim çox yaxşıdır. Heç bir problem yoxdur”.
Ə.Əliyev yoldaşının da vəziyyətini yaxşı olduğunu qeyd edib:
“Yoldaşım Hacıyeva Firuzə İsmayıl qızı 1970-ci il təvəllüdlüdür. Vəziyyəti yaxşıdır. İkimizdə də xəsarət yoxdur. Avtomobildə açılan təhlükəsizlik yastığı yoldaşımın üzünü sıxıb, bir qədər göyərib. Başqa heç bir problem yoxdur. Mənim də bir qədər şəkərim qalxmışdı. 59 yaşım var. Ürəyimdən əməliyyat olunmuşam. Şəkər xəstəsiyəm. Yoldaşımla yas yerinə gedirdik. İkimiz idik. Belə hadisə olacağı ağlımıza gəlməzdi. “KamAZ” sürücüsünü görmədim”.
Qeyd edək ki, qəza nəticəsində “Mercedes” markalı avtomobilin sürücüsü Heydərov Nizami Qadir oğlu hadisə yerində yanaraq ölüb.
661 dəfə oxundu