Silah və narkotiklə “tutulmuşdu”- 1 il 9 ay sonra məhkəmə bəraət verdi
Xəzər Rayon Məhkəməsində hakim Hüseyn Hüseynli Türkan qəsəbə sakini, 3 uşaq atası Natiq Məhəmmədsoyun cinayət işi üzrə hökm çıxarıb.
Yeniavaz.com xəbər verir ki, Natiq Məhəmmədsoyun vəkili Cavad Cavadlı məlumatı “Yeni Müsavat”a təsdiqləyib.
O bildirib ki, hakim 1 ildən artıq məhkəmə istintaqı aparandan sonra Natiq Məhəmmədsoyun ittihamlar üzrə günahsız olması qənaətinə gəlib:
“Məhkəmənin 1 ildən artıq davam etməsinin obyektiv səbəbləri var. Hakim Hüseyn Hüseynli bu müddət ərzində çox diqqətlə, səbirlə məhkəməyə təqdim etdiyimiz hər bir detalı araşdırdı. Natiq Məhəmmədsoyun saxlanılması ilə bağlı bir çox qaranlıq məqamlar vardı, hansı ki, ittihamı darmadağın edirdi. Həmin məqamlarla bağlı araşdırma aparmışdıq, videomateriallar əldə etmişdik. Həmin videolar və digər dəlil-sübutlar da təsdiq edirdi ki, Natiq Məhəmmədsoy ittihamda göstərilən vaxtda tamamilə başqa yerdə olub. Vəsatətlər verib “Təhlükəsiz Şəhər” kameralarından çıxarışların götürülməsi, anten məlumatlarının alınması, ekspertiza təyin olunması, əlavə şahidlərin dindirilməsini xahiş etmişdik. Hakim Hüseyn Hüseynliyə təşəkkür edirik ki, obyektiv və qərəzsiz mövqe sərgilədi, günahsız Azərbaycan vətəndaşının, 3 övlad atasının barəsində ədalətli hökm çıxardı”.
Qeyd edilib ki, 55 yaşlı Natiq Məhəmmədsoy 1 il 9 ay əvvəl, 2020-ci il martın 5-də saxlanıb, Xəzər Rayon Polis İdarəsində barəsində cinayət işi başlanıb. Ona qarşı CM-in 234.2 (satış məqsədilə narkotik əldə etmə, saxlama) və 228.1 (qanunsuz silah saxlama) maddələri ilə ittiham irəli sürülüb. Xəzər rayonunun prokuroru Fəxri Ələsgərov onun barəsində həbs qərarı seçilməsi üçün məhkəməyə təqdimat verib. Bir gün sonra təqdimata baxan Xəzər Rayon Məhkəməsinin hakimi Zaur Tağıyev onu təmin etməyib. Hakim Natiq Məmmədsoyun istintaq dövründə ev dustaqlığında olmasına qərar verib. Həmin gün Natiq Məmmədsoy məhkəmə zalından azad edilib. Baş Prokurorluq bu qərarın ləğvi üçün apelyasiya protesti verib. Bakı Apelyasiya Məhkəməsi protesti təmin edib.
Natiq Məhəmmədsoy torpaqları zəbt olunan Türkan qəsəbə sakinləri Əzizəxanım Atayeva və Xumar Şabanovaya vəkil tapmaqda, pozulmuş hüquqlarının bərpası üçün kömək etmişdi. Həbsindən əvvəl Natiq Məhəmmədsoy Baş Prokurorluğa gedərək bildirmişdi ki, 2 ahıl yaşda olan qadına köməklik etdiyinə görə ondan qisas alırlar. Natiq Məhəmmədsoy məhkəməsində də dəfələrlə bildirib ki, təqsirsizdir, evindən və maşınından tapıldığı iddia olunan narkotik və silahın ona aidiyyəti yoxdur. Onun sözlərinə görə, sağ olduqları halda, ölmüş kimi rəsmiləşdirilərək, mülkiyyətlərindəki torpaq sahələri zəbt olunmuş 81yaşlı Əzizəxanım Atayeva və 91 yaşlı Xumara Şabanovanın pozulmuş hüquqlarının bərpasında onlara yardım etdiyinə görə cəzalandırılıb. Natiq Məhəmmədsoy Türkan sakinlərinə vəkil tapmaqda, dövlət orqanlarına şikayət etməkdə yardım etmişdi.
734 dəfə oxundu