Azərbaycanda 200-dən çox şəxsə saxta kriptovalyuta satanların məhkəməsi başlayır

Azərbaycanda 200-dən çox şəxsə saxta kriptovalyuta satanların məhkəməsi başlayır
Azərbaycanda saxta kriptovalyuta sataraq 200-dən çox şəxsə qarşı dələduzluqda ittiham olunan Gülarə Abdulleyava, Xəyal Yaxyayev və Yeganə Məmmədovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA xəbər verir ki, təqsirləndirilən şəxslər barəsində materiallar toplanaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Azad Məcidovun icraatına verilib.
İş üzrə 200-dən çox zərərçəkən var.

Qeyd edək ki, Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı “OCOS” beynəlxalq dələduzluq piramidasını ölkəyə gətirən Gülara Abdullayeva, Xəyal Yaxyayev saxlanılmışdı. Gülara Abdullayeva, Xəyal Yaxyayev internet şəbəkəsində xüsusi lokal proqramlar vasitəsi ilə əslində mövcud olmayan kriptovalyuta yaradaraq guya onun beynəlxalq valyuta bazarında satışını təşkil ediblər və vətəndaşlara uydurulmuş kriptovalyuta satıblar.

Araşdırma zamanı dəstə üzvlərinin investisiya paketi adı altında şişirdilmiş yüksək gəlirlər təklif edərək vətəndaşı aldatdıqları və təxminən külli miqdarda vəsaitlərini ələ keçirdikləri müəyyən edilib. Əməliyyat tədbirlərinin davamı olaraq həmin şəxslərin paytaxtın Xətai rayonu, Sumqayıt şəhəri və digər məkanlarda icarəyə götürdükləri ofislərə baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar aşkar edilərək götürülüb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
565 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...