Azərbaycanda narkotiklərin əsas tədarükçülərindən biri saxlanıldı - VİDEO
Daxili işlər orqanları tərəfindən 2022-ci ilin əvvəlindən bu günə kimi qanunsuz dövriyyədən 3 ton 320 kiloqram müxtəlif növ narkotik vasitə və 323 kiloqram psixotrop maddə çıxarılıb.
Bu barədə GUNDEMİNFO.AZ-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, polis əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat nəticəsində küllli miqdarda narkotik vasitə və psixotrop maddənin paytaxt ərazisinə gətirilərək realizə edilməsinin qarşısı alınıb.
Belə ki, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinə daxil olan əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir zamanı payaxt sakini İlham Səmədov narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilindiyi üçün saxlanılıb. Onun üzərindən və yaşadığı Suraxanı rayonu ərazisində yerləşən evindən 24 kiloqram, o cümlədən 7 kiloqram heroin, 8 kiloqram marixuana, 6 kiloqram metamfetamin və 3 kiloqram həşiş-qətranı aşkar edilib.
İlkin sorğu zamanı İlham Səmədov narkotik vasitə və psixotrop maddələri qaçaqmalçılıq yolu ilə Biləsuvar rayonu ərazisinə keçiriləndən sonra əldə etdiyini və şəxsiyyəti istinqatla araşdırılan dəstənin digər üzvlərinə çatdırmaq məqsədi ilə Bakı şəhərinə gətirdiyini bildirib. Aparılan araşdırmalar nəticəsində İlham Səmədovun ölkə ərazisində narkotiklərin əsas tədarükçülərindən biri olduğu sübuta yetirilib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, İlham Səmədov barəsində həbs qətimkan tədbiri seçilib. Bu şəxsin daxil olduğu narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
654 dəfə oxundu