Azərbaycanda "makler" məhkəmə zalında həbs edildi
Abşeron Rayon Məhkəməsində dələduzluq və rüşvətə təhrik etməkdə təqsirləndirilən Aqil Vəliyevin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Pravda.az-ın etdiyi məlumata görə, hakim Sevinc Quliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub. İttihama görə, 1969-cu il təvəllüdlü Aqil Vəliyev 2021-ci ilin mart aylarında qohumu Amid Səfərova (şərti) onun Abşeron rayonu, 28 May qəsəbəsində yerləşən 0,025 ha torpaq sahəsində fərdi yaşayış evinin tikdirməsinə köməklil edəcəyi vədini verib. O, qohumunu inandırmaq üçün özü guya nazirliklərdən birində yüksək vəzifədə çalışır və Hökməli bələdiyyəsinin vəzifəli şəxsləri ilə yaxın əlaqələrinin olduğunu deyib. Buna görə Aqil Amidddən 3500 manat pulu dələduzluq yolu ilə ələ keçirib.
Daha sonra o, vədinə əməl etməyib və Amid Səfərov polisə müraciət edib. Aqil Səfərov polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Məhkəmədə ifadə verən Aqil elan olunmuş ittiham üzrə özünü təqsirli bilib və deyib ki, 2009-cu ildən Abşeron rayonu, Hökməli qəsəbəsində daimi yaşaylb, uzun müddət qəsəbədə ev və torpaq sahələrinin alqı-satqısı ilə məşğul olub.
626 dəfə oxundu