Abşeronda 38 yaşlı kişi sosial şəbəkədə tanış olduğu qadını evlənmək adıyla aldatdı – DETALLAR
Abşeron rayonunda 1984-cü il təvəllüdlü Fuad Məmmədov sosial şəbəkədə tanış olduğu Səmaya (adlar şərtidir – red.) qarşı dələduzluq edib.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, Fuad Səma ilə sosial şəbəkədə tanış olandan sonra onunla ailə quracağına inandırıb.
Sonra isə onun ümumilikdə 6260 manat məbləğində pulunu alıb.
İstintaq orqanı tərəfindən Fuadın barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Fuad ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O bildirib ki, 2021-ci ilin yaz aylarında Səma ilə tanış olub:
“Səma ilə telefonla danışmağa başladıq. Həmin şəxslə bir müddət münasibətdə olduq. Özümü zərərçəkmiş şəxsə Ramin adı ilə təqdim etdim. Bundan başqa, mobil telefonunda olan proqram vasitəsi ilə öz şəxsiyyət vəsiqəmi montaj etdim, şəklimi və digər rekvizitlər, yəni seriya nömrəsi və fin kod qalmaq şərti ilə şəxsiyyət vəsiqəmin soyad, ad və ata adı olan hissəsini montaj etdim. Montaj etdiyim şəxsiyyət vəsiqəsinin şəklini ona atdım. Səma məni Fuad kimi yox, Ramin olaraq tanıyıb”.
Təqsirləndirilən şəxs qeyd edib ki, bundan sonra bir müddət danışıblar və bir gün Səma ona avtomobil almaq istədiyini bildirib:
“Bildirdim ki, avtomobil alış-satışı ilə məşğul olan tanışlarım var, bu işdə ona kömək edə bilərəm. Bundan sonra Səma mənə Məmmədli kəndi ərazisində ümumilikdə 6260 manat verdi. Mən də həmin pul müqabilində Səmaya avtomobil almalı oldum. Səmaya avtomobil almaq istəsəm də, yaxşı avtomobil tapa bilmədim. Həmin pulu da sonradan hissə-hissə öz ehtiyaclarıma xərclədim. Səmaya nə avtomobil ala bildim, nə də ki aldığım pulu qaytara bildim”.
Fuadın sözlərinə görə, Səmaya hissə-hissə olaraq pulu ödəmək istəyib:
“İlk olaraq ona 400 manat göndərdim. Bundan sonra qalan pulu ödəmək imkanım olmadı, yəni ayağımı laqonda kəsdiyi üçün işləyə bilmədiyimdən pulu geri qaytara bilmədim”.
Cinayət işi üzrə zərərçəkmiş Səma isə bildirib ki, “Watsapp” sosial şəbəkəsində özünü Ramin kimi təqdim edən şəxslə tanış olub:
“Ramin mənə ailə qurub və sonra boşandığını bildirdi. Onunla bir müddət danışdıqdan sonra avbtomobil almaq istədiyimi dedim. Fuad mənə avtomobil alqı-satqısı ilə məşğul olan tanışlarının olduğunu, avtomobil almaqda kömək edə biləcəyini bildirdi”.
Səmanın ifadəsinə görə, Fuada avtomobil alması üçün 6260 manat verib:
“Bundan sonra Fuad mənə bir neçə avtomobil şəkli atdı, bəyənib-bəyənmədiyimi soruşdu. Bundan sonra həmin şəxsin mənə atdığı avtomobil şəkillərindən birini bəyəndim. Fuad həmin avtomobili mənə alacağını bildirdi.
Bundan sonra özünü Ramin adı ilə tanıdan şəxs telefonları söndürdü, mənə cavab vermədi. O, nə mənə avtomobil alıb, nə də ki avtomobil almaq üçün verdiyim 6260 manatı geri qaytarıb.
Özünü Ramin adı ilə tanıdan şəxs telefonları söndürdükdə artıq bildim ki, o məni aldadıb. Bundan sonra onun barəsində maraqlandım və müəyyən etdim ki, həmin şəxsin əsl adı Ramin deyil. Onun kimliyini öyrəndikdən sonra istifadəsində olan mobil nömrəyə mesaj vasitəsi ilə əsl adını, soyadını və ata adını göndərdim. Sonra həmin şəxs mənə pulu hissə-hissə ödəyəcəyini, polisə bu barədə məlumat verməməyimi bildirdi”.
Bu cinayət işinə Abşeron rayon Məhkəməsində baxılıb.
Məhkəmənin hökmü ilə Fuad 3 il 5 ay 29 gün müddətinə azadlıqdan məhrum edilib.
917 dəfə oxundu