Ağstafada parklar belə satılır - FOTOLAR

Ağstafada parklar belə satılır -

Ağstafa şəhərinin tam mərkəzində, Ağstafa rayon Poçtamtın yanında, Aşıq Alı Mədəniyyət Mərkəzinin qarşısında ağaclıq ərazi hasarlanıb, ağacların diblərinə eləcə də gövdəsinə ziyan vurularaq, eyni zamanda tikinti qanunvericiliyi pozulmaqla, heç bir rəsmi icazə, sərəncam, razılıq olmadan qanunsuz tikinti işləri aparılır.

Gundeminfo.az xəbər verir ki, bu barədə sosial şəbəkədə olan Ağstafa fəalları məlumat paylaşıblar.

Məlumatda qeyd edilib ki, bu tikinti Dövlət əhəmiyyətli layihə deyildir, çox güman ki, hansısa məmurun, Dövlət qulluqçusunun varlanmaq üçün tikdirdiyi biznes obyektidir. Bunu edərkən aidiyyatı şəxslərin də görünən odur ki, “razılığını” alıblar, bu özbaşınalıga mane olan yoxdur.

"Artıq, gecə-gündüz, tələm-tələsik suvaq işlərini gördürüb, yekunlaşdırmaq istəyirlər ki, qanunsuzluqları ört-basdır edilsin və həmin şəxslər öz qanunsuz əməlləri ilə üstün olan Qanuna, Hüquqa qalib gəlsinlər" deyə yayılan informasiyada bildirilir.

Gundeminfo.az-ın əməkdaşları apardıqları araşdırmalar zamanı yerli sakinlər də faktı təsdiqləyiblər. Son bir həftə ərzində başlanan tikinti işləri 24 saat ərzində həyata keçirilir. Lakin müvafiq qurumlardan tikintini kimlərin apardığına dair məlumat almaq mümkün olmayıb. İlkin ehtimallara əsasən park ərazisində baş verən bu tikinti prossesi ilə bağlı Ağstafanın icra başçısı Seymur Orucova da müraciət edilib. Hələlik baş verənlərlə bağlı nə İcra Hakimiyyətindən, nə də icra başçısı Seymur Orucovdan hər hansı informasiya almaq mümkün olmayıb.

Mövzu ilə bağlı araşdırmalarımız davam edəcək. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

Ağstafada parklar belə satılır -
Ağstafada parklar belə satılır -
Ağstafada parklar belə satılır -
Ağstafada parklar belə satılır -
Ağstafada parklar belə satılır -
Ağstafada parklar belə satılır -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
786 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...