"Leobank"dan daha bir müştəri şikayəti - FAKT

"Leobank"dan daha bir müştəri şikayəti -
"Deməli Leo Bankın premium kartını aldım. 50 azn + 10 azn aylıq abunə haqqı ödəyirəm.

Kart mənə ildə 6 dəfə hava limanı transfer haqqı tanıyır. Bugün o haqdan istifadə etməyə çalışdım. Ancaq bildirdilər ki, istanbulda gedəcəyim bölgəyə transfer xidmətə daxil deyil və əlavə 30 dollar istədilər.
"


Gundeminfo.az xəbər verir ki, bu barədə "Azbank" Facebook qrupunda vətəndaşlardan biri yazıb. O qeyd edib ki, əvvələr belə komissiyalar yox idi. Və heç bir xəbərdarlıq edilmədən yeni qayfdalar tətbiq edilib.

"Məsələ budur ki, bir neçə ay əvvəl eyni kart sahibi dostum eyni bölgəyə və o bölgədən hava limanına transfer edildi. Yəni bölgə xidmət əhatə dairəsinə daxildir.

Ayrıca Leo bank əməkdaşının mənə göndərdiyi xəritədə də gedəcəyim bölgə əhatə dairəsində görsənir.

Həmçinin İstanbulda getdiyim yer, Bakıda Neftçilərin müqabili sayıla bilər. Ucqar yer deyil. Ora xidmət verilməməsi xidmətin yoxluğu deməkdir.

Leo bankla 2 günlük yazışmalar və bütün bu arqumentlərin təqdimi nəticəsiz oldu. Bura yazmaqda məqsədim mənfi təcrübəmi paylaşmaqdır!.

Gundeminfo.az xəbər verir ki, vətəndaş "leobank"dan imtina ediyini və bunu digər vətəndaşlara da məsləhət gördüyünü qeyd edib:
"İllik 120 manat abunəliyi olan kartdan xidmət ala bilməyəcəksiniz. Onun yerinə başqa bank kartlarına üstünlük verin".

İddialarla bağlı qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

"Leobank"dan daha bir müştəri şikayəti -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
149 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...