ADY sədri jurnalistlərə pul paylayıb? – Açıqlama
23 oktyabr 2024-cü il tarixində "Gələcək üçün dayanıqlı nəqliyyat” mövzusunda keçirilən tədbirdə "Azərbaycan Dəmir Yolları” QSC-nin ətraf mühit, sosial və idarəçilik sahəsində dayanıqlı nailiyyətlərinə dair hesabatı” təqdim edilib.
Yerli saytlar yazır ki, tədbirdə çıxış edən ADY sədri Rövşən Rüstəmov dayanıqlı nəqliyyatın qurulmasında dəmir yollarının roluna toxunub. Qeyd edib ki, dəmir yolu dayanıqlığının birinci və ən mühüm aspekti emissiyaların azaldılması və enerji səmərəliliyidir.
Tədbirin sonunda ADY sədri Rövşən Rüstəmov və Asiya İnkişaf Bankının nəqliyyat direktoru Ceyms Lederin iştirakı ilə iki qurum arasında dəmir yollarında dekarbonizasiya sahəsində əməkdaşlığa dair missiya sənədi imzalanıb.
"Ən maraqlısı isə budur ki, tədbirin sonunda ADY-ə yaxın olan bir qrup jurnalistə ADY sədri Rövşən Rüstəmov adından 300 manat məbləğində xüsusi alış-veriş kuponları paylanılıb. 300 manatlıq kuponlar jurnalistlərə ADY-nin mətbuat katibi Sənubər Nəzərova tərəfindən paylanılıb. Jurnalistlərədən xahiş olunub ki, bu barədə kimsəyə bir söz deməsinlər. Həmçinin, mətbuatda ADY ilə bağlı yazılan tənqidlərə aktiv şəkildə cavab versinlər.
Ümid edirik ki, MEDİA Agentliyi, o cümlədən digər əlaqədar qurumlar tədbir zamanı jurnalistlərə "heç nədən” 300 manatlıq alış-veriş kuponu paylanılmasına aydınlıq gətirəcək, işin hüquqi tərəflərini araşdıracaq, lazımi şəxslər məsuliyyətə cəlb olunacaq”, - deyə vurğulanır.
Hurriyyet.az məsələ ilə bağlı jurnalistlərə ADY-nin mətbuat katibi Sənubər Nəzərova ilə əlaqə saxlayıb. O, qeyd olunan iddiaları təkzib edib: "ADY tərəfindən bir qrup şəxsə 300 manatlıq kuponların paylanması barədə Tribunainfo.az saytında dərc edilmiş xəbəri təkzib edirik.
Məqalədə 23 oktyabr tarixində "Dayanıqlılıq hesabatı”nın təqdimatı zamanı bir qrup şəxsə alış-veriş kuponlarının verilməsinin gizli saxlanılmasının və həmin şəxslərdən şirkətlə bağlı tənqidlərə aktiv şəkildə cavab verilməsinin istənilməsi barədə yer almış iddiaların heç bir əsası yoxdur.
ADY-nin reputasiyasını bilərəkdən zədələmək məqsədi güdən bu cür məlumatlar tamamilə qərəzli və böhtan xarakterlidir.
157 dəfə oxundu