Bakıda zəncirvari qəza: 10-a yaxın maşına zərər dəydi - VİDEO

Bakıda zəncirvari qəza:
Bakıda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

GUNDEMİNFO.AZ xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yer alıb.

Belə ki, paytaxtın Nəsimi rayonu, Rəşid Behdudov küçəsində 10-a yaxın avtomobil toqquşub.

Ölən və xəsarət alanlar barədə dəqiq məlumat yoxdur.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Toğrul Nəsirli hadisə ilə bağlı açıqlama verib. O deyib: “Bu gecə saat 00:54-də paytaxtın Nəsimi rayonu Rəşid Behbudov küçəsində doqquz nəqliyyat vasitəsinin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi qeydə alınıb. Hadisə nəticəsində bir nəfər xəsarət alıb. Hadisəyə ilkin səbəb olaraq iki nəqliyyat vasitəsinin sürət yarışına çıxması göstərilir.

Hazırda faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır”, – deyə T. Nəsirli bildirib. (oxu.az)

Həmin görüntüləri təqdim edirik:


VİDEO BURADA


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
255 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...