Kürəkəninə 30 hektar meşə torpağı hədiyyə edib?

Kürəkəninə 30 hektar meşə torpağı hədiyyə edib?
Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevin ötən il Qusarda 30 hektar meşə torpağını öz kürəkəninə hədiyyə etdiyi barədə xəbər yayılıb.

Məlumatı Gundelik-baku.com saytı yayıb:

“Ekologiya naziri Muxtar Babayev Quba meşəbəyliyinin 96 və 97-ci kvartallarında yerləşən meşə fondunun 210 ha- torpaqlarını ayrı-ayrı işbazlara bağ salmaq (gilas, alma armud) adı altında qanunsuz olaraq icarə müqaviləsi bağlayaraq satmışdır. Həmin 210 ha-ın 30 ha-nı isə cənab nazir Quba rayonunda yaşayan bacısının kürəkəninə peşkəş etmişdir. Və bu sövdələşmədə Elxan Bəşirov vasitəçi olub. Kimin şübhəsi varsa, buyursun Elxan Bəşrovun mətbuata verdiyi cavaba nəzər salsın. ETSN-nin Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsinin direktoru Elxan Baxışov yazır: “ETSN-nin Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsi tərəfindən keçirilmiş tenderlərdə bütün satınalmalar dövlət satınalmalarının vahid internet portalı ilə açıq müsabiqə metodu ilə həyata keçirilmişdir. Və mətbuatda yazılanlar şər-böhtandır”.

Məsələ ilə bağlı qarşı tərəf mövqe bildirə bilər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
321 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...