ADPU-da yoxlama aparılır? filallara ayrılan tenderlərdə şübhəli məqamlar

ADPU-da yoxlama aparılır?
Azərbaycan Dövlət Pedaqoji Universitetində auidit yoxlamaları həyata keçirilir. Bu barədə GUNDEMİNFO.AZ-a daxil olan məlumatda bildirilir ki, 2022-ci ildə adlçəkilən universitetdə əsaslı təmir-tikinti, bərpa və dəftərxana təminatı ilə bağlı xərclər üzrə, həmçinin də ştat cədvəlləri və məzuniyyət xərcləri maddələri üzrə audit həyata keçirlir.

Məlumata əsasən ötən il ADPU-da keçirilən tenderlər, tenderlərin qalibi olan bir neçə şirkətin vergi ödənişləri, vəsaitlərin təyinatı üzrə xərclənməsi araşdırlır.

Maraqlıdır ki, 2021-ci ildə ADPU-da tenderlərdə qalib gələn “Qalandi As” MMC ilə bağlı bir sıra şübhələr yerli ediada araşdırılmışdı. O zaman adıçəkilən MMC-nin ADPU-da tenderlərdə qalib gəlməsi haqqında iddialara cavab verilməmişdi.

Gundeminfo.az-a daxil olan məlumata əsasən “Qalandi As” MMC ilə birgə Xəzər rayonu, Zirə ŞTQ, Bünyad Sərdarov, ev 2 ünvanında qeydə alınan şirkətlərin bəziləri də 2022-ci ildə təkrar tenderlərin qalibi olub. Nizamnamə kapitalı 10 manat olan 20-yə yaxın şirkətin tenderlərin qalibi olması, təkrar olaraq profilinə uyğun olmadan 100 min manatla ölçülən tenderləri qazanması şübhələrə yol açıb.

Qeyd edək ki, ADPU-nin hazırda 5 rayonda filalı mövcuddur.

ADPU-da yoxlama aparılır?



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
517 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...